BMT rəsmisi: "Mənzil sektoru bütöv bir sistem yanaşması ilə qiymətləndirilməlidir"
Təbii fəlakətlər hər il milyonlarla insanı evindən didərgin salır və ən böyük zərəri məhz mənzil sektoru görür.
"Sizinxeber.az" xəbər verir ki, bunu BMT Baş katibinin fəlakət riskinin azaldılması üzrə xüsusi nümayəndəsi Kamal Kişor Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil davamlılığı şəhər sistemləri çətinliyi kimi" adlı tədbirin iştirakçılarına videomüraciətində bildirib.
Onun sözlərinə görə, mənzil məsələsi yalnız tikinti sahəsi kimi deyil, bütöv bir sistem yanaşması ilə qiymətləndirilməlidir: "Evlər insanların özlərini ən təhlükəsiz hiss etməli olduqları məkanlardır və dayanıqlılıq məhz buradan başlamalıdır. Risklərin yaranması təkcə təbii təhlükələrlə deyil, şəhərlərin planlaşdırılması, tikinti standartları, maliyyələşdirmə və idarəetmə qərarları ilə də bağlıdır. Mənzil sektoru nəqliyyat, enerji, su, səhiyyə, məşğulluq və sosial sistemlərlə birbaşa əlaqəlidir. Şəhər inkişafında risklərin azaldılmasına investisiya qoyuluşu edilən ən ağıllı addımlardan biridir".
BMT rəsmisi bildirib ki, dayanıqlı şəhərlərin qurulması yalnız hökumətlərin deyil, bütün tərəflərin ortaq məsuliyyətidir: "Hökumətlər riskləri nəzərə alan planlaşdırma həyata keçirməli, tikinti standartlarına nəzarəti gücləndirməli və dayanıqlılığı xüsusilə həssas qruplar üçün əlçatan etməlidir. Özəl sektor da qısamüddətli qazancdan daha çox uzunmüddətli dayanıqlılığa üstünlük verməlidir".
O vurğulayıb ki, fəlakətlərdən sonrakı bərpa prosesləri əvvəlki riskləri yenidən yaratmamalıdır: "Biz riskləri yenidən qurmağa davam edə bilmərik. Bərpa prosesi sistem problemlərinin aradan qaldırılması və daha təhlükəsiz icmaların qurulması üçün imkan olmalıdır".
Oxşar xəbərlər
OECD: Mənzil böhranı qlobal inkişaf böhranının şəhər simasıdır
Dünya Bankının vitse-prezidenti: "Mənzil sektoru qlobal ÜDM-in 15 %-ni formalaşdırır"
UN-Habitat: Mənzil tikintisində dayanıqlılıq üçün yerli materialların təşviqi vacibdir
Braziliyalı alim: "Mənzil siyasəti təhlükəsiz yaşayış və həyat təminatı verməlidir"
Hasan Suver: Türkiyənin zəlzələ bölgəsində 455 mindən çox mənzil inşa edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
-
ABŞ Senatı ilk dəfə İrana qarşı hərbi əməliyyatlara son qoyulmasına səs verib
