Türkiyəli nazir müavini: Dayanıqlı şəhər yalnız möhkəm binalardan ibarət şəhər demək deyil
sizinxeber.az xəbər saytı

Türkiyəli nazir müavini: Dayanıqlı şəhər yalnız möhkəm binalardan ibarət şəhər demək deyil


Dayanıqlı şəhər yalnız möhkəm binalardan ibarət şəhər demək deyil.

"Report" xəbər verir ki, bunu Türkiyənin ətraf mühitin mühafizəsi, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Hasan Suver Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhər zəlzələsinə hazırlığın gücləndirilməsi daha təhlükəsiz və daha davamlı şəhərlər üçün BMT-nin həlləri" adlı konfransda deyib.

Onun sözlərinə görə, Türkiyə coğrafi mövqeyinə görə, xüsusilə, zəlzələ başda olmaqla bir çox təbii fəlakət riski ilə qarşı-qarşıyadır:

"Şəhərsalma siyasətimizin mərkəzində yalnız böyümə və inkişaf deyil, eyni zamanda, təhlükəsizlik, dayanıqlılıq, risklərin azaldılması və fəlakətlərə hazırlıq dayanır. Bizim üçün dayanıqlı şəhər yalnız möhkəm binalardan ibarət şəhər demək deyil. Dayanıqlı şəhər - infrastrukturu, nəqliyyat sistemi, yaşıl zonaları, sosial obyektləri, iqtisadi həyatı və ictimai həmrəyliyi ilə böhranlar qarşısında ayaqda qala bilən şəhərdir".

Oxşar xəbərlər

Hasan Suver: Türkiyənin zəlzələ bölgəsində 455 mindən çox mənzil inşa edilib
BMT nümayəndəsi: Şəhər dayanıqlılığı COP 31-in mərkəzində dayanmalıdır
Türkiyə Bakı koalisiyasının daimi iqlim dialoqu platformasına çevrilməsinin tərəfdarıdır
Hasan Suver: "Enerji transformasiyası və şəhərsalma siyasəti bir-birini tamamlayan iki əsas sahəyə çevrilib"
Hasan Suver: Türkiyə 2053-cü ilədək karbon neytrallığına nail olmağı planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər