Mərakeş futbol üzrə DÇ-2030-a qədər gecəqonduları aradan qaldıracaq
sizinxeber.az xəbər saytı

Mərakeş futbol üzrə DÇ-2030-a qədər gecəqonduları aradan qaldıracaq


Mərakeş 2030-cu ilədək ölkədəki gecəqondu məhəllələrini tamamilə aradan qaldırmağı planlaşdırır.

"APA-Economics" xəbər verir ki, bunu Mərakeşin şəhərsalma, mənzil və şəhər siyasəti üzrə Dövlət katibi Adib Benbrahim WUF13 çərçivəsində keçirilən "Siyasi öhdəlikdən icraya hazırlığa keçid" adlı nazirlər dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, son 25 ildə ölkədə mənzil çatışmazlığı 75%, gecəqondu məhəllələrinin sayı isə 80% azaldılıb.

Benbrahim qeyd edib ki, Mərakeş 2030-cu ildə İspaniya və Portuqaliya ilə birlikdə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək və həmin tarixədək gecəqonduları tamamilə ləğv etməyi qarşısına məqsəd qoyub.

Oxşar xəbərlər

Mərakeş, İspaniya və Portuqaliya DÇ-2030-a hazırlıq üçün birgə komissiyalar yaradacaq
Mərakeş səfiri: Ölkəmiz Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə inanır
UN-Habitat rəhbəri: Afrikada mənzil çatışmazlığı 2030-cu ilədək 130 milyona çatacaq
FİFA 2034-cü ildə dünya çempionatının keçiriləcəyi ölkəni açıqlayıb
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan-Mərakeş münasibətlərindən danışıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər