Mədəniyyət naziri Adil Kərimli Azərbaycan-Mərakeş münasibətlərindən danışıb
"2007-ci il münasibətlərin inkişafında mühüm rol oynayıb".
APA xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Mərakeş kralının taxta çıxmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
O əlavə edib ki, sonradan əlaqələrimiz Azərbaycan Prezidenti İlham Əliyev və Mərakeş kralı II Həsən tərəfindən müvəffəqiyyətlə inkişaf etdirilərək, qardaşlıq səviyyəsinə çıxarılıb:
"Azərbaycan və Mərakeş arasında dostluq və tərəfdaşlıq əlaqələrinin əsası 1991-ci ildə qoyulub. Həmin dövrdə Mərakeş Azərbaycanın müstəqilliyini tanıyıb. Bundan sonra 1992-ci ildə dövlətlərimiz arasında diplomatik münasibətlər başlayıb. 1994-cü ildə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev Mərakeş Kralığına səfər edərək, Kral II Həsən ilə görüşüb. Bu zaman isə əlaqələrimiz qardaşlıq səviyyəsinə qədəm qoyub. Bu münasibətlərimiz Azərbaycan Prezidenti İlham Əliyev və Əlahəzrət Kral VI Məhəmməd tərəfindən davam etdirilərək tamamilə yeni mərhələyə çıxarılıb. Bu gün iki ölkə arasında münasibətlər həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etməkdədir. 2007-ci il münasibətlərin inkişafında mühüm rol oynayıb. 2023-ci ildə Birgə Komissiyanın iclası Rabat şəhərində keçirilib. Burada ölkələrimizin iqtisadiyyat, mədəniyyət, təhsil, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub".
Oxşar xəbərlər
Mərakeş və Azərbaycan arasında vizasız gediş-gəliş rejimi qüvvəyə minəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərakeş səfiri: Ölkəmiz Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə inanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərakeş kralı jurnalist, bloger və ictimai fəallar da daxil 2476 nəfəri əfv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət naziri BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












