Mərakeş səfiri: Ölkəmiz Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə inanır
"İqlim dəyişikliyi məsələsində hər zaman həssaslıq nümayiş etdirən Mərakeş 2001 və 2016-cı illərdə COP silsiləsindən olan sammitlərə uğurla ev sahibliyi edib".
Sizinxeber.az xəbər verir ki, bunu Mərakeş kralının taxta çıxmasının 25-ci ildönümünə həsr edilən tədbirdə krallığın ölkəmizdəki səfiri Adil Embarş bildirib:
"Bu istiqamətdə Mərakeş 2030-cu ilə qədər enerji ehtiyacının 52%-ni bərpa olunan mənbələrdən qarşılamağı hədəfləyən iddialı enerji keçid planı hazırlayıb. Bu layihə dünyanın ən əhəmiyyətli davamlı inkişaf proqramlarından biri kimi tanınır. 2030-cu ilə qədər istixana qazı emissiyalarını 45,5% azaltmağı hədəfləyən Mərakeş yüksək nəticələr göstərən ölkələr arasında yer almaqdadır. Buna görə də ölkəmiz Bakının uğurla ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyasını (COP29) səbirsizliklə gözləyir. Azərbaycana bu işdə uğurlar arzulayırıq".
Oxşar xəbərlər
Mərakeş və Azərbaycan arasında vizasız gediş-gəliş rejimi qüvvəyə minəcək
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan-Mərakeş münasibətlərindən danışıb
Səfir: Mərakeş Azərbaycanın COP29-u uğurla keçirməsini səbirsizliklə gözləyir
Saymon Still: COP29 iqlim dəyişikliyi məsələsinin gündəmdə saxlanılmasında mühüm rol oynayacaq
Elnur Soltanov: COP29-un nəticələri yekun sənəddə əks olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













