Yevgeni Plyuşenkonun oğlu Azərbaycan millisini təmsil edəcək
sizinxeber.az xəbər saytı

Yevgeni Plyuşenkonun oğlu Azərbaycan millisini təmsil edəcək


Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu Aleksandr Plyuşenko Azərbaycanı təmsil edəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Rusiya Fiqurlu Konkisürmə Federasiyası (RFKF) 13 yaşlı idmançının Azərbaycan millisinə keçidini təsdiqləyib. O, Beynəlxalq Konkisürmə Birliyindən xüsusi sənəd alındıqdan sonra ölkəni təmsil edəcək.

A.Plyuşenko atası ilə birlikdə buz şoularında iştirak edir. O, 2017-ci ildən "Plyuşenkonun mələkləri" akademiyasında məşğul olur.

Mənbənin məlumatına görə, RFKF Rusiyanın gənclər arasında birinciliyinin gümüş mükafatçısı, 18 yaşlı fiqurlu konkisürən Veronika Jilinaya da Azərbaycan bayrağı altına keçməyə icazə verib.

Oxşar xəbərlər

Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu vəfat edib
Türkiyəli fiqurlu konkisürən həbs edilib
Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında gümüş medal qazanıb
Azərbaycanlı fiqurlu konkisürən Polşada beynəlxalq yarışda iştirak edib
Azərbaycanda 2025-ci ildə fiqurlu konkisürmə üzrə Qran-pri turniri keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər