ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
may
2026
23:30
0
0
1 515
ff aaaaaaa

ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb

20 may, 2026
23:30
1 515

ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb

ABŞ Dəniz Piyadaları Korpusunun şəxsi heyəti, ABŞ-nin İrana qarşı dəniz blokadasını pozmağa cəhd edə biləcəyindən narahat olaraq, "Celestial Sea" neft tankerinin göyərtəsinə qalxıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Bu gün səhər saatlarında ABŞ-nin dəniz piyadaları Oman körfəzində İran bayrağı altında üzən "Celestial Sea" ticarət tankerinə miniblər. Tanker ABŞ blokadasını pozmağa cəhd etməkdə şübhəli bilinir. ABŞ hərbçiləri gəmini yoxladıqdan və heyətə istiqamətini dəyişməyi əmr etdikdən sonra onu sərbəst buraxıblar", - deyə məlumatda qeyd olunub.

Komandanlığın məlumatına görə, ümumilikdə ABŞ Silahlı Qüvvələri ümumilikdə 91 ticarət gəmisini istiqamətləndirib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul