Xüsusi nümayəndə: Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma layihələri davam edir
sizinxeber.az xəbər saytı

Xüsusi nümayəndə: Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma layihələri davam edir


Yenidənqurma yalnız fiziki bərpa demək deyil, həm də dayanıqlı icmaların yaradılması, insanların təhlükəsiz və şəffaf şəraitdə doğma torpaqlarına qayıdışının təmin edilməsidir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Laçın və Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı sessiyada deyib.

O bildirib ki, müasir dünya şəhər inkişafı, dayanıqlı urbanizasiya, ekoloji problemlər, inklüziv idarəetmə və vətəndaş iştirakçılığı kimi ən vacib məsələləri gündəmə gətirir:

"Bu gün genişmiqyaslı yenidənqurma layihələri həyata keçirilir. Yeni yaşayış məhəllələri salınır, mühəndis infrastrukturu, yollar, xəstəxanalar, parklar və təhsil müəssisələri yenidən qurulur. Amma bəlkə də ən vacib məsələ insanların özlərinin bu prosesin mərkəzində dayanmasıdır".

Xüsusi nümayəndə qeyd edib ki, turizm, kənd təsərrüfatı, qonaqpərvərlik və sahibkarlıq sahələri əhali üçün yeni imkanlar yaradır:

"Regionda keçirilən beynəlxalq tədbirlər Qarabağın beynəlxalq ictimaiyyətlə yenidən əlaqələrinin güclənməsinə xidmət edir. Eyni zamanda qlobal çağırışlar bizi yalnız yenidənqurma ilə kifayətlənməməyə çağırır. İqlim dəyişiklikləri və uzunmüddətli dayanıqlığın təmin olunmasına yönəlmiş praktik addımlar artıq inkişaf strategiyasının əsas hissəsinə çevrilib. Məhz bu baxış bu gün Qarabağda həyata keçirilir. Əsas prioritetimiz ölkənin sabitliyini humanitar inkişaf məkanına çevirməkdir və addım-addım bu məqsədə doğru irəliləyirik".

Oxşar xəbərlər

Məsim Məmmədov: Vaxtilə işğal altında olan ərazilərdəki tarixi və mədəni irs vandalizmə məruz qalıb
Anar Quliyev: "Azərbaycan azad edilmiş ərazilərdə postmünaqişə bərpasının yeni modelini formalaşdırır"
Dövlət Komitəsinin sədri: "Ərazilərimiz dünyada minalarla ən çox çirklənmiş bölgələr arasındadır"
Deputat: Azərbaycanın azad olunmuş ərazilərində tamamilə yeni icmalar formalaşdırılır
WUF13 çərçivəsində 2026-cı il üçün Dünya Şəhərləri Hesabatı təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər