Antonio Sampayo: "Ekosistemlərdəki risklər şəhər sistemlərinə zəncirvari təsir edir"
sizinxeber.az xəbər saytı

Antonio Sampayo: "Ekosistemlərdəki risklər şəhər sistemlərinə zəncirvari təsir edir"


Ekosistemlərdəki risklər şəhər sistemlərinə zəncirvari təsir edir.

"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Təhlükəsizliyi Mexanizminin məsləhətçisi Antonio Sampayo Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Daha təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşdırılması: Şəhər iqlimi, sülh və təhlükəsizlik üzrə siyasət sənədinin layihəsi"nin müzakirəsində bildirib.

Onun sözlərinə görə, şəhər sistemlərinə daha geniş əlaqələr şəbəkəsinin tərkib hissəsi kimi baxılmalıdır: "Bu, mənim və yaxud bu layihədə iştirak edən hər hansı bir şəxsin fikri deyil; slaydda sitat gətirilən hesabatdan götürülüb. Lakin o göstərir ki, ətrafdakı ekosistemlərdə - istər okeanlar, istər çaylar, istərsə də meşələr olsun - baş verən təsirlər və təhlükələr şəhər sistemlərinə zəncirvari (kaskad) təsirlər göstərir".

"Məsələn, kənd yerlərində baş verən quraqlıq məhsul yığımına təsir edir, bu da ərzaq qiymətlərinə yansıyır, nəticədə ev təsərrüfatlarında sosial-iqtisadi təzyiq artır və bu, şəhər sabitliyinə təsir göstərir. Eyni şəkildə, daşqınlar insanların köç etməsinə səbəb ola bilər; bu isə mənzil və ictimai xidmətlər üzərində təzyiqi artırır, nəticədə bərabərsizlik və sosial gərginlik dərinləşə bilər. Məsələn, Keniyanın Nayrobi şəhərində mənzil və torpaq məsələləri getdikcə daha çox münaqişə və icmalararası gərginlik mənbəyinə çevrilir. Bu, yalnız iqtisadi və şəhər idarəetməsi və torpaq istifadəsi ilə bağlı problem deyil - həm də siyasi xarakter daşıyır. Çünki bir çox ərazilərdə ev sahibləri və kirayəçilər fərqli sosial-etnik qruplara və qəbilələrə mənsubdur. Məsələn, Kikuyu icması daha çox ev sahibliyinə meyllidir", - deyə qonaq əlavə edib.

A.Sampayo əlavə edib ki, şəhər ekosistemlərində təhlükəsizlik və iqlim risklərinə sistemli yanaşılmalıdır. "Şəhər iqlimində təhlükəsizlik sistemli və zəncirvari xarakter daşıyırsa, deməli, cavab tədbirləri də eyni dərəcədə sistemli olmalıdır. Bu yanaşma iqlimə uyğunlaşma, şəhərsalma, yerli idarəetmə, sülh quruculuğu və ictimai təhlükəsizliyin ictimai müzakirələr daxilində bir-biri ilə əlaqələndirilməsini tələb edir. Bu fikir iqlim təhlükəsizliyi ədəbiyyatında tez-tez vurğulansa da, praktiki tətbiq baxımından hələ də çətin və qeyri-bərabər həyata keçirilən bir yanaşmadır. Bu çərçivə iqlim risklərinin şəhər sistemləri və təhlükəsizlik dinamikaları ilə necə qarşılıqlı təsir göstərdiyini anlamaq üçün hazırlanıb. O, iqlim şokları və onların kənar təsirlərindən başlayaraq, bu təsirlərin ən azı üç bir-biri ilə əlaqəli sahə üzrə yayılmasını araşdırır: şəhər infrastrukturu və xidmət sistemləri, idarəetmə və institusional potensial, eləcə də sülh və təhlükəsizlik dinamikaları".

Oxşar xəbərlər

Antonio Sampayo: "Resurs qıtlığı şəhərlərdə qeyri-sabitliyi gücləndirən əsas amildir"
BMT rəsmisi: "Kənddən miqrasiya şəhərdə riskləri artırır"
BMT: İqlim, sülh və təhlükəsizlik kimi mürəkkəb çağırışlar pərakəndə fəaliyyətdən çoxunu tələb edir
BMT: İqlim dəyişiklikləri sülh və təhlükəsizlik risklərini artırır
BMT: İqlim, sülh və təhlükəsizlik yanaşmaları risklərin idarə olunmasına hazırlığı artırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər