Pavlo Frolov: Ukraynaya sosial mənzillərin idarə edilməsi üzrə uzunmüddətli sistem lazımdır
Ukraynada obyektlərin tikintisi və yenidən qurulması başa çatdıqdan sonra sosial mənzillərin idarə edilməsi üzrə dayanıqlı sistem yaratmağa çağırıblar.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə ukraynalı deputat Pavlo Frolov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən tədbirdəki videomüraciətində bildirib.
Onun sözlərinə görə, postsovet mənzil siyasətinin əsas problemlərindən biri binalar istismara verildikdən sonra onların idarə edilməsi mexanizmlərinin olmamasıdır.
Frolov qeyd edib ki, Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluş şəhərindəki sosial mənzil layihəsi obyektin idarə edilməsi üçün ayrıca model nəzərdə tutur və bu, gələcəkdə analoji təşəbbüslər üçün standart ola bilər.
"Sosial və müvəqqəti mənzillər haqqında qanunvericilik yalnız tikintinin maliyyələşmə mənbələrini deyil, həm də binaların idarə edilməsi, onlara xidmət göstərilməsi və icarənin uzunmüddətli perspektivdə tənzimlənməsi mexanizmlərini müəyyən etməlidir", - o vurğulayıb.
Oxşar xəbərlər
Pavlo Frolov: Ukraynada mənzil layihələri üçün mütəxəssis çatışmır
UNECE rəsmisi: "Xarkovda müharibədən zərər görmüş ərazilərin bərpası praktiki mərhələyə keçir"
OECD ölkələrində sosial kirayə məqsədli mənzillərin payı açıqlanıb
Lyudmila Sirko: Ukraynanın İvano-Frankovsk vilayəti 150 mindən çox məcburi köçkünü qəbul edib
Anaklaudia Rossbax: "Düzgün mənzil siyasəti su ehtiyatlarının qorunmasına töhvə verəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
