WUF13-də şəhər iqlimi üzrə müşavirələrin institusionallaşdırılması müzakirə olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
may
2026
19:30
0
0
1 129
ff aaaaaaa

WUF13-də şəhər iqlimi üzrə müşavirələrin institusionallaşdırılması müzakirə olunub

19 may, 2026
19:30
1 129

WUF13-də şəhər iqlimi üzrə müşavirələrin institusionallaşdırılması müzakirə olunub

Urbanizasiya və iqlim məsələlərinə həsr olunmuş müşavirələrinin tez-tez keçirilməsinə ehtiyac yaranıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur nazirinin müavini Məhəmməd İbrahim Həsən Əl-Mənsuri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Şəhər İqlim Fəaliyyəti və Dayanıqlı Urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının yüksək səviyyəli iclasında bildirib.

"Bu müşavirə tez-tez keçirilməlidir. Bundan əlavə, urbanizasiya və iqlim dəyişikliyinə həsr olunmuş nazirlər toplantısını institusionallaşdırmaq lazımdır. Bu, heç də yeni bir platformanın formalaşdırılmasını nəzərdə tutmur - söhbət hər bir COP sədrinin, qəbul edən hər bir tərəfin hazırlıqlı olmasından və urbanizasiya iqlim üzrə nazirlər müşavirələrimizin təşkili üçün imkanlara malik olmasından gedir.

Hazırda biz artıq altı nazirlər toplantısının hazırlıqlarını görürük və bu prosesin gələcəkdə daha da irəliləməsini gözləyirik", - o vurğulayıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul