WUF13: Vətəndaş Cəmiyyəti və Yerli Təşəbbüs Təşkilatlarının Dəyirmi Masası təşkil olunub
Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasında (WUF13) Vətəndaş Cəmiyyəti və Yerli Təşəbbüs Təşkilatlarının Dəyirmi Masası təşkil olunub.
"Sizinxeber.az" xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən olan iştirakçılar vətəndaş cəmiyyəti institutlarının urbanizasiya proseslərində rolu, icmaların qərarvermədə iştirakı, sosial bərabərliyin təmin olunması və təhlükəsiz yaşayış mühitinin yaradılması məsələlərinə toxunublar.
Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva deyib ki, Azərbaycanın bu forumu keçirməsi COP29-dan sonra göstərilən etimadın nəticəsidir.
Nepaldan olan şəhərsalma və icma inkişafı üzrə ekspert Lajana Manandhar ölkəsində və Şərqi Asiyada olan şəhərsalma problemlərindən danışıb.
Somalinin Nayrobidəki UN-Habitat və UNEP yanındakı Daimi Nümayəndəliyində səfirin baş məsləhətçisi Buşra Ahmed Abdi deyib ki, Somalidə və Afrikanın bir çox yerlərində quraqlıq, daşqınlar, məcburi köçkünlük və ekoloji təzyiqlər mənzil təhlükəsizliyinə və şəhərsalma sisteminə birbaşa təsir göstərir.
Dəyirmi masada qeyd edilib ki, şəhər siyasətinin hazırlanması zamanı yerli icmaların və qeyri-hökumət təşkilatlarının iştirakı daha inklüziv və davamlı inkişaf modelinin formalaşmasına töhfə verir.
Çıxışlarda qeyri-formal yaşayış məntəqələrinin transformasiyası, iqlim dəyişikliklərinin şəhərlərə təsiri, sosial mənzil siyasəti və həssas qrupların şəhər xidmətlərinə çıxışı kimi məsələlərə də toxunulub.
Forum iştirakçıları vətəndaş cəmiyyətinin urbanizasiya proseslərində tərəfdaş kimi rolunun gücləndirilməsinin vacibliyini vurğulayaraq, dövlət qurumları ilə ictimai institutlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.
Oxşar xəbərlər
Aygün Əliyeva: COP29-dan sonra WUF13-ün Azərbaycanda keçirilməsi ölkəyə göstərilən etimadın nəticəsidir
Buşra Ahmed Abdi: Afrikadakı quraqlıq, məcburi köçkünlük şəhərsalma sisteminə təsir göstərir
Bakıda WUF13 QHT Forumu keçiriləcək
Hikmət Hacıyev: Minatəmizləmə prosesində QHT-lərin də fəaliyyətindən istifadə olunur
"Haber Global" Bakıda keçirilən WUF13-ün ilk günündən süjet hazırlayıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
