Mərakeş, İspaniya və Portuqaliya DÇ-2030-a hazırlıq üçün birgə komissiyalar yaradacaq
Mərakeş, İspaniya və Portuqaliya 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün üç ölkənin səylərini birləşdirəcək birgə komissiyalar yaradacaq.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Mərakeş Krallığının Futbol Federasiyasının bəyanatında deyilir.
Komissiyaların yaradılması ilə bağlı razılıq Saledə (Rabatətrafı) Mərakeş Krallığının Futbol Federasiyasının prezidenti Fauzi Lekjaa ilə İspaniya Kral Futbol Federasiyasının rəhbəri Rafael Luzan arasında keçirilən görüşdə əldə olunub.
Söhbət zamanı Lekjaa Mərakeş və İspaniyanı birləşdirən tarixi və mədəni əlaqələri qeyd edərək, 2030-cu il dünya çempionatının uğurlu təşkilini təmin etmək üçün üç ölkə tərəfindən birgə komissiyaların yaradılmasının sürətləndirilməsinin zəruriliyinə işarə edib.
Luzan öz növbəsində, Mərakeşin bütün səviyyələrdə, xüsusən də infrastruktur sahəsində futbolun inkişafında əldə etdiyi irəliləyişdən danışıb.
Oxşar xəbərlər
İspaniya Kral Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya millisi DÇ-2030-un seçmə mərhələsində iştirak edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
FIFA 2030 və 2034-cü illərdə dünya çempionatlarının keçiriləcəyi ölkələri rəsmən təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İspaniya Kral Futbol Federasiyasının bayrağı altında keçiriləcək oyunlar 1 dəqiqəlik sükutla başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün ərizə təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













