Azərbaycan və BMT arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan BMT ilə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
"Report" xəbər verir ki, müzakirələr Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin BMT-nin Baş katibinin müavini Amina Mohammed ilə keçirilən görüşdə baş tutub.
Görüş zamanı Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində əldə etdiyi nailiyyətləri və bu sahədə həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıblar.
Müzakirələr çərçivəsində iqtisadi inkişaf, "yaşıl enerji", dayanıqlı şəhərsalma və regional əməkdaşlıq istiqamətində həyata keçirilən təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf gündəliyinə töhfə verən layihələri diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Azərbaycanla Oman arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək
Azərbaycan ilə Zimbabve arasında dayanıqlı şəhərlə bağlı əməkdaşlıq müzakirə olunub
Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü
Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
