Buşra Ahmed Abdi: Afrikadakı quraqlıq, məcburi köçkünlük şəhərsalma sisteminə təsir göstərir
Somalidə və Afrikanın bir çox yerlərində quraqlıq, daşqınlar, məcburi köçkünlük və ekoloji təzyiqlər mənzil təhlükəsizliyinə, eləcə də şəhərsalma sisteminə birbaşa təsir göstərir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Somalinin Nayrobidəki UN-Habitat və UNEP yanındakı Daimi Nümayəndəliyində səfirin baş məsləhətçisi Buşra Ahmed Abdi WUF13 çərçivəsində təşkil olunan Vətəndaş Cəmiyyəti və Yerli Təşəbbüs Təşkilatlarının Dəyirmi Masasında deyib.
O bildirib ki, Afrika ölkələrində əsas prioritet torpağa və əsas xidmətlərə çıxışın praktiki və inklüziv şəkildə təkmilləşdirilməsidir:
"Bir çox hallarda problem təkcə mənzil çatışmazlığı deyil, həm də, qeyd edildiyi kimi, təhlükəsiz mülkiyyət hüququnun, drenajın, yolların, sanitariyanın, su sistemlərinin və iqlimə davamlı infrastrukturun olmamasıdır. İqlimə davamlılıq da getdikcə daha təxirəsalınmaz xarakter alır".
Baş məsləhətçinin sözlərinə görə, Somalidə ilin altı ayı quraqlıq keçir: "Digər altı ayda isə daşqınlara məruz qalırıq. Bu, hər il təkrar olunur. Bu, təkcə Somalidə deyil, Keniya və Şərqi Afrikanın əksər hissəsində də baş verir. Biz bu iqlimə uyğunlaşan məskunlaşma proqramları hazırlmalıyıq".
Oxşar xəbərlər
Somali nümayəndəsi: İlin altı ayı quraqlıq mövsümü olur, digər altı ayı isə daşqınlarla üz-üzə qalırıq
Somali nümayəndəsi: Altı ayı quraqlıq olur, ilin qalan ayları isə daşqınlarla üz-üzəyik
UN-Habitat: Davamlılıq milli mənzil siyasətlərində əsas prioritetə çevrilib
Antonio Sampayo: "Ekosistemlərdəki risklər şəhər sistemlərinə zəncirvari təsir edir"
Yussef Hosni: Mərakeş 2030-cu ilədək gecəqonduları ləğv etmək niyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
