Çerin Kijakketottam: İqlim risklərini əhalini köçürmədən azaltmaq mümkündür
sizinxeber.az xəbər saytı

Çerin Kijakketottam: İqlim risklərini əhalini köçürmədən azaltmaq mümkündür


İqlim risklərinin əksəriyyətini əhalinin köçürülməsinə ehtiyac qalmadan dayanıqlı infrastruktur və təbiətə əsaslanan həllər hesabına azaltmaq mümkündür.

"Report" xəbər verir ki, bunu UN-Habitat-ın icraçı direktor müavininin xüsusi müşaviri Çerin Kijakketottam Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.

"UN-Habitat-da iqlim dəyişikliyinə uyğunlaşma üzrə geniş alətlər mövcuddur, onun da mühüm hissəsi dayanıqlı infrastrukturun və dayanıqlı yaşayış məntəqələrinin yaradılmasına əsaslanır", - Kijakketottam deyib.

Onun sözlərinə görə, tətbiq edilən tədbirlər arasında su şlüzlərinin bərpası, manqrov meşələrinin salınması, bufer zonalarının yaradılması, təbiətə əsaslanan həllərin tətbiqi, həmçinin istilik yükünü azaltmaq üçün kiçik park sahələrinin təşkili var.

"Köçürülmə zərurəti yaranana qədər həyata keçirilə biləcək çoxlu sayda tədbirlər mövcuddur", - o vurğulayıb.

Oxşar xəbərlər

İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
ECLF: Ənənəvi mühəndislik həllərindən təbiətə əsaslanan yanaşmalara keçid vacibdir
UN-Habitat iqlimə uyğunlaşma üçün qədim sivilizasiyaların təcrübəsindən istifadəyə çağırıb
Mərakeş rəsmisi: "Təbiətə əsaslanan həllərə ekoloji müdaxilə kimi baxılmamalıdır"
Anaklaudia Rossbax: "Adekvat mənzil anlayışı iqlim risklərini də əhatə etməlidir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər