UN-Habitat rəhbəri: Afrikada mənzil çatışmazlığı 2030-cu ilədək 130 milyona çatacaq
sizinxeber.az xəbər saytı

UN-Habitat rəhbəri: Afrikada mənzil çatışmazlığı 2030-cu ilədək 130 milyona çatacaq


Afrikada mənzil çatışmazlığı hazırda 60 milyon vahidi ötür və mövcud tendensiyalar davam edərsə, bu göstərici 2030-cu ilə qədər 130 milyon vahidə çatacaq.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Africa Affordable Housing Compact – Deal Room Investor Session" sessiyasında deyib.

O bildirib ki, qitədə mənzil sektorunda maliyyələşdirmə boşluğu 1,4 trilyon ABŞ dollarından çoxdur.

UN-Habitat rəhbərinin sözlərinə görə, Afrika hazırda dünyanın ən sürətli urbanizasiya proseslərindən birini yaşayır. Belə ki, 2050-ci ilədək qitə şəhərlərinə yüz milyonlarla insanın köçəcəyi gözlənilir.

Rossbax qeyd edib ki, qarşıdakı onilliklərdə şəhər əhalisinin sürətli artımı mənzil təminatı, infrastruktur və əsas şəhər xidmətlərinə tələbi daha da artıracaq.

"Bu rəqəmlər Afrikanın üzləşdiyi çağırışların miqyasını göstərir", - o vurğulayıb.

Oxşar xəbərlər

UN-Habitat rəhbəri: Mənzil böhranının həlli daxili maliyyədən keçir
İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
UN-Habitat: Bu gün bir çox şəhərlərdə dağıdıcı daşqınlar, torpaq sürüşmələri və yanğınlar baş verir
UN-Habitat: Maliyyə institutları mənzil sektoruna kifayət qədər diqqət ayırmır
Anaklaudia Rossbax: "Düzgün mənzil siyasəti su ehtiyatlarının qorunmasına töhvə verəcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər