FİFA 2034-cü ildə dünya çempionatının keçiriləcəyi ölkəni açıqlayıb
2034-cü ildə futbol üzrə dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) onlayn rejimdə keçirilən konqresində məlumat verilib.
Qarşılaşmalar ölkənin 5 şəhərdə 15 stadionda keçiriləcək.
Ölkənin iqlim şəraiti ilə əlaqədar yarışın qışda keçiriləcəyi bildirilir.
Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün müraciət edən yeganə ölkədir.
Bundan əvvəl məlum olub ki, 2030-cu il dünya çempionatına altı ölkə - Mərakeş, Portuqaliya, İspaniya, Uruqvay, Paraqvay və Argentina ev sahibliyi edəcək.
Xatırladaq ki, futbol üzrə son dünya çempionatı 2022-ci ildə Qətərdə keçirilib.
Kuboku finalda Fransa millisinə qalib gələn Argentina millisi qazanıb (3:3, penaltilər 4:2).
Oxşar xəbərlər
FIFA 2030 və 2034-cü illərdə dünya çempionatlarının keçiriləcəyi ölkələri rəsmən təsdiqləyib
Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün ərizə təqdim edib
FİFA prezidenti: "Rövnəq Abdullayev 16 il Azərbaycan futboluna uğurla xidmət edib"
Klublararası dünya çempionatında qruplar bəlli olub
ABŞ-ın dövlət borcu ilk dəfə 35 trilyon dolları keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













