Məsim Məmmədov: Vaxtilə işğal altında olan ərazilərdəki tarixi və mədəni irs vandalizmə məruz qalıb
Azərbaycanın vaxtilə işğal altında olan ərazilərindəki tarixi və mədəni irs vandalizmə məruz qalıb.
"Report" xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Laçın&Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı sessiyada deyib.
O bildirib ki, Azərbaycanın təqribən 30 il işğal altında olmuş ərazilərindəki bütün infrastruktur dağıdılıb, şəhər və kəndlər məhv edilib:
"Tarixi və mədəni irs vandalizmə məruz qalıb, minlərlə insan isə doğma evlərini tərk etməyə məcbur olub.
Azərbaycanın taleyi qətiyyətli addımlar atmağa hazır olan bir liderin iradəsi ilə dəyişdi. Bu gün isə həyat Qarabağa geri qayıdır".
Xüsusi nümayəndə qeyd edib ki, Qarabağ mürəkkəb və çətin ekoloji şəraitə malik strateji regionlardan biridir:
*Ona görə də burada bərpa prosesi yalnız yenidənqurma ilə məhdudlaşmır, eyni zamanda planlaşdırma, idarəetmə və ictimai iştirakçılıq sahəsində müasir yanaşmalar tələb edir. Xüsusilə dayanıqlı inkişafın təmin olunması və sakinlər üçün uzunmüddətli yaşayış şəraitinin yaradılması əsas prioritetlərdəndir".
Oxşar xəbərlər
Xüsusi nümayəndə: Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma layihələri davam edir
“The Gulf Observer”: Ermənilərin Azərbaycanın mədəni irsini məhv etməsi bütün bəşəriyyətə qarşı vandalizmdir
Anar Quliyev: "Azərbaycan regionda ən böyük yenidənqurma işlərindən birini həyata keçirir"
Bu gün Laçın Şəhəri Günüdür
Bu il Laçının Güləbird kəndinə köç olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
