UNEP: Şəhərlər dünyada plastik tullantıların böyük hissəsini yaradır
Plastik çirklənməsi ilə mübarizə və qlobal plastik sazişinin hazırlanması istiqamətində işlər hazırda beynəlxalq ekoloji gündəliyin əsas prioritetlərindən biri olaraq qalır.
Sizinxeber.az xəbər verir ki, bu barədə WUF13 çərçivəsində təşkil olunan "Plastik çirklənməsi ilə mübarizə: yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" tədbirində UNEP-in Submilli İqlim Fəaliyyəti Bölməsinin rəhbəri Şaron Gil bildirib.
Onun sözlərinə görə, UNEP plastik çirklənməsi probleminin həlli istiqamətində geniş fəaliyyət həyata keçirir və təşkilat daxilində bu məsələ üzrə xüsusi komandalar fəaliyyət göstərir.
"Şəhərlər dünyada plastik tullantıların böyük hissəsini yaradır, eyni zamanda şəhərsalma, tullantı infrastrukturu və ictimai maarifləndirmə kimi mühüm idarəetmə alətləri vasitəsilə sistemli dəyişikliklərə təsir etmək imkanına malikdir", - Şaron Gil qeyd edib.
O əlavə edib ki, plastik çirklənməsi ilə mübarizə üçün həll yolları artıq mövcuddur və dairəvi iqtisadiyyat modeli həm əlçatan, həm də tətbiq edilə bilən yanaşma hesab olunur. Mövcud texnologiyalar və düzgün siyasət qərarları ilə ölkələrin və şirkətlərin bu istiqamətdə ciddi nəticələr əldə edilə bilər.
Oxşar xəbərlər
Nazir müavini: Plastik tullantıların artması ekosistemin pozulmasına səbəb olur
Nigar Arpadarai: Azad edilmiş ərazilərdə bərpa işləri dayanıqlılıq prinsiplərinin tətbiqi üçün imkanlar yaradır
Dünyada ən çox plastik zibil olan ölkə müəyyən edilib
Nazir müavini: Hər il dünyada yaranan milyonlarla ton plastik tullantı təbiətə atılır
Plastik tullantıların effektiv idarə edilməsi mövzusunda tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
