WUF13-də Xəzər dənizinin ekoloji problemi müzakirə olunub
sizinxeber.az xəbər saytı

WUF13-də Xəzər dənizinin ekoloji problemi müzakirə olunub


İqlim dəyişiklikləri şəhər həyatına təsir edir.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində “Ön Cəbhədən Hekayələr: Şəhər İqlim İrsinin İnkişafı” adlı tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

O bildirib ki, dünya əhalisinin 58 faizi şəhərlərdə yaşayır.

Umayra Tağıyevanın sözlərinə görə, şəhərlər anomal, ekstremal hava hadisələrinə olduqca həssasdırlar.

Nazir müavini qeyd edib ki, ekoloji balans və iqtisadi inkişaf arasında ziddiyyət hər yerdə hiss edilməkdədir: “Biz artıq insanyönümlü siyasət həyata keçirməliyik. Dayanıqlı şəhər inkişafı milli gələcəyə baxışla başlamalıdır”.

O əlavə edib ki, Azərbaycanda şəhərlər və icmalar bir sıra iqlim təhlükələri ilə üz-üzədir: “Azərbaycanda son 10 il ərzində daşqınlar 18 dəfədən çox artıb, quraqlıqlar artıb. Ölkəyə daxil olan su resursları isə 30% azalıb. Xəzər dənizində suyun səviyyəsinin azalması isə vəziyyəti daha da çətinləşdirir. Biz yeni reallıqlara adaptasiya olmalıyıq. Erkən xəbərdarlıq sistemləri bizim həyatımızı asanlaşdıra bilər. Elə etməliyik ki, təbiətlə harmoniyada yaşayaq”.

Oxşar xəbərlər

Umayra Tağıyeva: Son 25 ildə Bakıda istilik dalğaları 14 dəfə artıb
Umayra Tağıyeva: Azərbaycan meteoroloji sistemin modernləşdirilməsinə ciddi investisiyalar yatırıb
Umayra Tağıyeva: COP-a sədrliyimiz çərçivəsində iqlim maliyyəsi üzrə razılaşma əldə olunmalıdır
Umayra Tağıyeva: "Qlobal urbanizasiya iqlim risklərini dərinləşdirir"
Nazir müavini: "Azərbaycanda son 10 ildə daşqın hadisələri 18 dəfədən çox artıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər