Azərbaycan onu Hindistana təhvil verdi » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
may
2026
19:21
ff aaaaaaa

Azərbaycan onu Hindistana təhvil verdi

13 may, 2026
19:21
960

Azərbaycan onu Hindistana təhvil verdi

Azərbaycanda saxlanılan beynəlxalq axtarışa verilmiş Hindistan vətəndaşı ölkəsinə təhvil verilib.

Bu barədə Sizinxeber.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Hindistanın hüquq mühafizə orqanları 1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Singh Prabhdeep Gurrajı 354 kiloqram narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil etməkdə təqsirli bilərək beynəlxalq axtarışa verib.

Onun təhhvil verilməsinə dair həmin ölkənin səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Belə ki, qeyd olunan şəxs Azərbaycanda müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

"Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə haqqında" 04.04.2013-cü il tarixli Müqaviləyə əsasən Singh Prabhdeep Gurraj haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul