Uqandada Ebola epidemiyası səbəbindən 100-dən çox insan karantinə alınıb
sizinxeber.az xəbər saytı

Uqandada Ebola epidemiyası səbəbindən 100-dən çox insan karantinə alınıb


Uqanda hakimiyyəti Ebola qızdırmasının yayılmasının qarşısını almaq üçün 100-dən çox insanı karantinə alıb.

"Report"un "Africanews" portalına istinadən məlumatına görə, təcrid olunmuş şəxslər daim tibbi müşahidə altındadır və infeksiya əlamətlərinə görə müntəzəm yoxlanılır.

Hakimiyyət orqanları vəziyyətin nəzarət altında olduğunu bildirir və ölkənin əvvəlki epidemiyalarla mübarizə təcrübəsinin təhlükəyə effektiv şəkildə cavab verməyə kömək etdiyini qeyd edirlər.

Hazırkı epidemiyanın episentri Konqo Demokratik Respublikasının şərqində, Uqanda ilə həmsərhəd olan İturi əyalətindədir.

Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasında və Uqandada Ebola epidemiyasını beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Konqo Demokratik Respublikasında 500-dən çox şübhəli yoluxma halı və 130-dan çox ölüm müəyyən edilib, Uqandada isə bir təsdiqlənmiş yoluxma halı və bir ölüm qeydə alınıb.

Oxşar xəbərlər

ÜST Ebola epidemiyasına görə Konqo və Uqandada fövqəladə vəziyyət elan edib
Zambiya Ebola epidemiyası səbəbindən Konqo ilə sərhəddə nəzarəti gücləndirib
Konqodakı amerikalılar Ebola xəstələri ilə təmasda şübhəli bilinirlər
Uqandada Ebola virusu əleyhinə peyvəndin sınaqlarına başlanılacaq
Afrikada Ebola həyəcanı: 65 nəfər öldü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər