Nazir müavini: "Azərbaycanda son 10 ildə daşqın hadisələri 18 dəfədən çox artıb"
sizinxeber.az xəbər saytı

Nazir müavini: "Azərbaycanda son 10 ildə daşqın hadisələri 18 dəfədən çox artıb"


Xəzər dənizində suyun azalması ekoloji riskləri dərinləşdirir.

"Sizinxeber.az" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İqlim cəbhələrindən hekayələr" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, iqlim amillərinin şəhərsalma planlaşdırılmasına inteqrasiya edilməsi bu mübarizədə əsas aktor olan şəhərlər üçün getdikcə daha mühüm əhəmiyyət kəsb edir: "Dayanıqlı şəhər inkişafı milli baxışdan və uzunmüddətli siyasi öhdəliklərdən, o cümlədən daha güclü qlobal əməkdaşlıqdan başlayır. İpucu olaraq vətənimin təcrübəsini bölüşmək istərdim. Azərbaycan şəhərləri və icmaları bir sıra ekoloji problemlər və iqlimlə bağlı təhlükələrlə üzləşib. Azərbaycan üçün həssaslıq indeksinin qiymətləndirilməsində (hansı ki, bu, bizim ilkin Milli Adaptasiya Planımızda öz əksini tapıb), ölkəmizdə son 10 il ərzində daşqın hadisələri 18 dəfədən çox, quraqlıqların müddəti 18 %, temperaturun 35 dərəcədən yuxarı olduğu günlərin sayı və yağış hadisələri isə altı dəfə artıb. Ölkəyə daxil olan suyun miqdarı 30 % azalıb. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi digər mürəkkəb problemdir. Yenə də bu ekoloji böhran ehtiyac duyduğu və yaxud layiq olduğu qlobal diqqəti görməyib".

"Təbiətlə harmoniya içində yaşamaq artıq zərurətə çevrilib. Biz yeni reallıqlara cavab verməli və onlara uyğunlaşmalıyıq. Biz dərk edirik ki, iqlim təhlükələri üçün vaxtında və əlçatan erkən xəbərdarlıqlar insan tələfatını, infrastrukturun zədələnməsini kəskin şəkildə azalda və ekoloji fəlakətlərin qarşısını ala bilər. Biz bütün ölkələrin innovativ texnologiyalara çıxışını təmin etməliyik. Burada mühüm amillərdən biri də texnoloji seçimlərimizdir. Bəzi hallarda, sadə və təbiətə əsaslanan həllər, böyük maliyyə resursları tələb edən genişmiqyaslı mühəndislik həllərindən daha effektiv nəticələr verə bilər. Təbiətlə harmoniya içində yaşamaq addımının artıq bir seçim deyil, zərurət olması qlobal bir çağırışdır", - deyə nazir müavini əlavə edib.

Oxşar xəbərlər

Umayra Tağıyeva: "Qlobal urbanizasiya iqlim risklərini dərinləşdirir"
Ağakərim Səmədzadə: Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi ekoloji təhlükəyə çevrilib
Umayra Tağıyeva: Azərbaycan İqlim Dəyişikliyi və Şəhərlər üzrə Xüsusi Hesabatla bağlı qərarın hazırlanmasında fəal iştirak edib
WUF13-də Xəzər dənizinin ekoloji problemi müzakirə olunub
BMT nümayəndəsi: Xəzər dənizində suyun səviyyəsi hər il 6 sm azalır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər