Hikmət Hacıyev: Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər
Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər.
Sizinxeber.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.
O, Azərbaycanın özünü Qlobal Cənubun bir hissəsi hesab etdiyini diqqətə çatdırıb:
"Biz coğrafi, tarixi, mədəni baxımdan və həmçinin taleyimiz etibarilə Qlobal Cənubun bir hissəsiyik. Çünki Azərbaycan da müstəqilliyi dövründə və ümumilikdə bütün tarixi boyunca bu çətinliklərdən keçib. Xüsusilə müstəmləkəçilik və neomüstəmləkəçilik məsələlərini vurğulamaq istəyirəm. Qlobal Cənub ölkələri tarix boyu çox əziyyət çəkiblər. Bu, bəşəriyyətin üzərində qalan bir yaradır. Təəssüf ki, bu praktikanın bu gün də qlobal səviyyədə yeni forma və təzahürlərlə davam etdiyini görürük. Azərbaycan Qlobal Cənub ölkələrinin qarşılaşdığı bütün çətinlikləri və problemləri tam şəkildə anlayır".
H.Hacıyev Azərbaycanın 2019–2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərdən biri kimi müəyyənləşdirdiyini xatırladıb.
O həmçinin təəssüflə qeyd edib ki, BMT-nin Dekolonizasiya Komitəsi bu günədək öz mandatını tam şəkildə yerinə yetirə bilmir: "Çünki bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər".
Oxşar xəbərlər
Hikmət Hacıyev: Azərbaycan QHT-ləri Qlobal Cənub ölkələri ilə birgə layihələr icra edə bilərlər
Hikmət Hacıyev: Ermənistanla münasibətlərin qurulması Azərbaycanın regionda sülhə can atdığını təsdiqləyir
Hövsanda bu saatdan qaz OLMAYACAQ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
