Təşkilat rəhbəri: Dini icmalar mənzil böhranının həllində mühüm tərəfdaş ola bilər
Dini icmalar qlobal mənzil böhranının həllində hökumətlər və beynəlxalq təşkilatlar üçün mühüm tərəfdaş rolunu oynaya bilər.
“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi – hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada ABŞ-ın Mənzil Bərabərliyi və İnkişafı (Housing Equity and Development – HEAD) təşkilatının təsisçisi və rəhbəri Chris Elisara bildirib.
Onun sözlərinə görə, dünya əhalisinin təxminən 80%-i dini icmalarla əlaqəlidir və bu qurumlar təhlükəsiz, etibarlı və əlçatan mənzil təminatına mühüm töhfə verə bilər.
Chris Elisara qeyd edib ki, 2017-ci ildə Sinqapurda keçirilən din əsaslı şəhər düşüncə platformasında qəbul olunmuş Sinqapur Bəyannaməsində dini təşkilatların ümumi rifah naminə BMT-Habitat ilə əməkdaşlığının Yeni Şəhər Gündəliyinin uğuru üçün vacib olduğu vurğulanıb.
O bildirib ki, WUF13 çərçivəsində təqdim olunan “Faith Pavilion”un Mənzil üzrə Çağırış sənədində hər bir insanın təhlükəsiz, etibarlı və əlçatan mənzilə çıxışının fundamental hüquq olduğu təsdiqlənib.
Chris Elisara BMT-Habitat ilə dini icmalar arasında institusional əməkdaşlığın gücləndirilməsini və Yeni Şəhər Gündəliyi ilə Dayanıqlı İnkişaf Məqsədi 11-in nəzərdən keçirilməsi prosesində bu tərəfdaşlığın daha da dərinləşdirilməsini təklif edib.
Onun sözlərinə görə, məqsəd ayrıca gündəm yaratmaq deyil, mövcud qlobal öhdəliklərin icrasını sürətləndirmək və mənzil hüququnun təmininə birgə töhfə verməkdir.
Oxşar xəbərlər
UN-Habitat: Mənzil böhranının həlli üçün parlamentlərin rolu həlledicidir
Local2030 Koalisiyası: Mənzil böhranının həlli üçün özəl investisiyalar cəlb olunmalıdır
Mayra Mendoza: Latın Amerikasında şəhər əhalisinin 30%-dən çoxu qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
-
ABŞ Senatı ilk dəfə İrana qarşı hərbi əməliyyatlara son qoyulmasına səs verib
