Fənn müsabiqələrində keçid ballarının müxtəlif olması məsələsinə aydınlıq gətirilib
sizinxeber.az xəbər saytı

Fənn müsabiqələrində keçid ballarının müxtəlif olması məsələsinə aydınlıq gətirilib


Respublika Fənn Müsabiqələrinin final mərhələsinə keçid balları açıqlandıqdan sonra Azərbaycan Respublikası Təhsil İnstitutuna çoxlu sayda müraciət daxil olub.

Bu barədə APA-ya ARTİ-dən məlumat verilib.

Bildirilib ki, fənn müsabiqələri müxtəlif fənlər üzrə təşkil olunduğundan, hər bir istiqamət üzrə iştirakçı sayı, tapşırıqların xüsusiyyətləri, nəticələrin ümumi statistik göstəriciləri və iştirakçıların performans səviyyəsi bir-birindən fərqlənir:

"Bu səbəbdən yarımfinal mərhələsinin nəticələrinə əsasən final mərhələsinə keçid balları da fənlər üzrə eyni olmaya bilir. Keçid balları müəyyən edilərkən hər bir fənn üzrə yarımfinal mərhələsində iştirak edən şagirdlərin sayı, iştirakçıların nəticələrinin ümumi statistik təhlili, tapşırıqların çətinlik səviyyəsi, final mərhələsi üçün nəzərdə tutulan iştirakçı sayı kimi meyarlar nəzərə alınır.

Bu yanaşma beynəlxalq və yerli qiymətləndirmə təcrübəsinə uyğun olaraq tətbiq edilir və məqsəd hər bir fənn üzrə ən yüksək nəticə göstərən iştirakçıların növbəti mərhələyə vəsiqə qazanmasını təmin etməkdir.

Bir daha diqqətə çatdırırıq ki, fərqli fənlər üzrə keçid ballarının fərqli olması hər hansı üstünlük və ya ayrı-seçkilik deyil, müsabiqənin qiymətləndirmə mexanizminin və statistik nəticələrinin təbii göstəricisidir".

Oxşar xəbərlər

Respublika Fənn Olimpiadalarının final mərhələsinin tarixləri məlum olub
RFO-nun biologiya fənni üzrə praktiki turuna infotur təşkil olunub
Təhsil İnstitutu olimpiada suallarında səhvlərin olması ilə bağlı iddialara aydınlıq gətirib
IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib
Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərində Azərbaycan universitetlərinin sayı 3-ə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər