Ukrayna müharibədə mənzili dağılan 200 min ailəyə kompensasiyanı Rusiya aktivləri hesabına ödəyib
Ukraynada müharibə nəticəsində zərər görmüş və ya dağıdılmış mənzillərə görə artıq 200 min ailəyə kompensasiya ödənilib.
“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi – hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada Ukrayna Ali Radasının Dövlət Hakimiyyətinin Təşkili, Yerli Özünüidarəetmə, Regional İnkişaf və Şəhərsalma Komitəsinin sədri Olena Şulyak bildirib.
Onun sözlərinə görə, hazırda 6 milyon ukraynalı ölkə daxilində didərgin düşüb, 5 milyon nəfər isə məcburi köçkün statusunda yaşayır.
Şulyak qeyd edib ki, Rusiyanın genişmiqyaslı işğalının ilk aylarında Ukrayna parlamenti zədələnmiş və dağıdılmış mənzillərə görə kompensasiya ödənilməsini nəzərdə tutan qanun qəbul edib.
Komitə sədrinin sözlərinə görə, kompensasiyaların maliyyələşdirilməsi ilkin mərhələdə dondurulmuş Rusiya bank aktivləri hesabına həyata keçirilib. Sonradan bu prosesə Dünya Bankı və Avropa Şurası İnkişaf Bankı (CEB) kimi beynəlxalq tərəfdaşlar da qoşulub.
O bildirib ki, bu il qəbul edilən yeni qanun Ukraynada müasir standartlara uyğun sosial mənzil siyasətinin formalaşdırılmasına imkan yaradır.
Olena Şulyak vurğulayıb ki, yeni mənzil siyasətində təhlükəsizlik, enerji səmərəliliyi, əlçatanlıq və maneəsiz mühit əsas prioritetlər kimi müəyyənləşdirilib.
Onun sözlərinə görə, Ukraynada yaşayış məhəllələri, yeraltı məktəblər və sığınacaqların layihələndirilməsi artıq təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Oxşar xəbərlər
UN-Habitat: Mənzil böhranının həlli üçün parlamentlərin rolu həlledicidir
Local2030 Koalisiyası: Mənzil böhranının həlli üçün özəl investisiyalar cəlb olunmalıdır
Təşkilat rəhbəri: Dini icmalar mənzil böhranının həllində mühüm tərəfdaş ola bilər
Çin Ukraynada sülh danışıqlarını dəstəkləyir
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
-
ABŞ Senatı ilk dəfə İrana qarşı hərbi əməliyyatlara son qoyulmasına səs verib
