Azərbaycanla Oman arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Azərbaycan ilə Oman arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
"Sizinxeber.az-Economics" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Oman Sultanlığının mənzil inşaatı və şəhərsalma naziri Xəlfan Əl-Şuaili ilə görüş keçirib.
Görüşdə Azərbaycan ilə Oman arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər iki ölkə arasında dostluq münasibətlərinin iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını qeyd ediblər.
Müzakirələr zamanı biznes əlaqələrinin şaxələndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin artırılması və infrastruktur sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Həmçinin şəhərsalma, tikinti və dayanıqlı urbanizasiya sahələrində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində potensial investisiya layihələrində iştirak, özəl sektor nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri də diqqət mərkəzində olub.
Oxşar xəbərlər
Azərbaycan və Oman arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb - FOTO
Ceyhun Bayramov İraqın Nümayəndələr Şurasının sədri ilə görüşüb - FOTO
Ceyhun Bayramov və Keniyanın Baş naziri Musalia Mudavadi arasında görüş keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
-
ABŞ Senatı ilk dəfə İrana qarşı hərbi əməliyyatlara son qoyulmasına səs verib
