“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” aksiyası keçirilib
sizinxeber.az xəbər saytı

“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” aksiyası keçirilib


“Azərsun Holdinq”də Səhiyyə Nazirliyi Respublika Qan Bankının dəstəyi ilə ənənəvi qanvermə aksiyası keçirilib.

Könüllülük prinsipi əsasında təşkil olunan bu layihənin məqsədi talassemiya və digər hematoloji xəstəliklərdən əziyyət çəkən şəxslərə həyat vermək, onların müalicəsinə dəstək olmaqdır.

Qanvermə aksiyasında “Azərsun Holdinq”in rəhbərliyi və əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən holdinqin Müşahidə Şurasının sədri Tahir Gözel bildirib ki, bu layihə cəmiyyət arasında donorluq mədəniyyətinin formalaşmasına, insanlarda sosial məsuliyyət hissinin artırılmasına xidmət edir.

Respublika Qan Bankının icraçı direktorunun müavini Kamran Rəhimov isə “Azərsun Holdinq”ə bu istiqamətdə atılan addımlara, təşkil edilən qanvermə aksiyalarına görə minnətdarlığını qeyd edib.

Toplanan qan Respublika Qan Bankının Klinik Diaqnostik Laboratoriyasında analiz edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə ediləcək. Layihə çərçivəsində ötən illər ərzində “Azərsun” əməkdaşları tərəfindən ümumilikdə 1000 litrdən artıq qan təhvil verilib ki, bu da yüzlərlə insanın həyatının xilas edilməsinə töhfə olub.

Oxşar xəbərlər

“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” sosial layihəsi keçirilib
“Azərsun Holdinq” “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində iştirak edir
"Azərsun Holdinq” rəhbərliyi Xocalı abidəsini ziyarət edib
“Azərsun Holdinq”in minifutbol komandası ikiqat Avropa çempionu olub - FOTO
“Azərsun Holdinq” müəssisələri Türkiyədə mükafat qazanıblar - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər