Peskov: Putin və Tramp köməkçilərinə görüşlə bağlı hazırlığa dərhal başlamağı tapşırıblar
sizinxeber.az xəbər saytı

Peskov: Putin və Tramp köməkçilərinə görüşlə bağlı hazırlığa dərhal başlamağı tapşırıblar


Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp ötən gün baş tutmuş telefon danışığı zamanı köməkçilərinə onların görüşünün hazırlanmasına dərhal başlamağı tapşırmaqla bağlı razılığa gəliblər.

“Sizinxeber.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

"Dövlət başçıları dünən telefon danışığı zamanı həm şəxsi təmasların davam etdirilməsi və ayrıca görüşün təşkili, həm də köməkçilərə müvafiq hazırlığa başlamaları ilə bağlı dərhal tapşırıqların verilməsi barədə razılığa gəliblər ", - o qeyd edib.

D.Peskov, həmçinin bildirib ki, telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsi qaldırılmayıb, bununla belə Moskva onları qanunsuz hesab edir.

Oxşar xəbərlər

Peskov: Putin Trampı Rusiyaya dəvət edib
Peskov: Putin və Netanyahu arasında telefon danışığı gözlənilmir
BMT Tramp və Putin arasındakı telefon danışığını müsbət qiymətləndirib
Kreml: Tramp və Putin arasında telefon danışığı baş tutub - YENİLƏNİB
Peskov Putinlə Tramp arasında telefon danışığı iddialarını təkzib edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle