Azərbaycan halal aqrar sektorun inkişafında 5 strateji istiqamət müəyyən edib
Azərbaycanda halal aqrar sektorun inkişafı üzrə 5 strateji istiqamət müəyyənləşdirilib.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyat" tədbirində bildirib.
O, tərəfdaşlara və investorlara bir neçə konkret təklif verib: "Birincisi, vahid halal sertifikatlaşdırma və rəqəmsal izləniləbilənlik sisteminin yaradılmasıdır. İnvestorların beynəlxalq səviyyədə tanınan və etibarlı standartlara ehtiyacı var. Azərbaycan bu istiqamətdə liderlik etməyə hazırdır və sizi də bu sistemin formalaşdırılmasında tərəfdaş olmağa dəvət edirik.
İkincisi, inteqrasiya olunmuş yaşıl halal aqroparkların yaradılmasıdır. Məqsədimiz bərpa olunan enerji ilə təmin edilən, istehsal, emal, sertifikatlaşdırma və soyuq zəncir logistikasını bir araya gətirən ixracyönümlü investisiya zonaları formalaşdırmaqdır.
Üçüncüsü, halal sektoru üçün xüsusi maliyyə alətlərinin inkişaf etdirilməsidir. İslam maliyyəsi, inkişaf banklarının kapitalı və birbaşa investisiyaları birləşdirən qarışıq maliyyələşdirmə mexanizmləri vasitəsilə bazara giriş xərclərinin azaldılması və investorlar üçün daha əlverişli imkanların yaradılması nəzərdə tutulur.
Dördüncüsü, halal ixracının Orta Dəhlizlə inteqrasiyasının gücləndirilməsidir. İstehsalçılarımızı Körfəz və Avropa bazarları ilə birləşdirən logistika həllərinə üstünlük verərək, çatdırılma sürətini Azərbaycanın rəqabət üstünlüyünə çevirməliyik.
Beşincisi və ən vacibi, insan kapitalına və innovasiyalara investisiyadır. Qida elmi, keyfiyyətə nəzarət və sertifikatlaşdırma sahələrində peşəkar kadrların hazırlanması sayəsində məhsullarımızın keyfiyyəti təkcə vəd deyil, həm də etibarlı zəmanət olacaq".
"Qapılarımız açıqdır. Gəlin birlikdə Azərbaycanı etik prinsiplərə əsaslanan, yüksək keyfiyyətli və yüksək gəlirli halal istehsalın aparıcı regional mərkəzinə çevirək", - deyə nazir əlavə edib.
Oxşar xəbərlər
Anar Kərimov: "Halal iqtisadiyyatın inkişafı üçün tərəfdaşlıqları genişləndirməyə hazırıq"
Məcnun Məmmədov: Azərbaycan halal məhsullar istehsalında regional liderə çevrilmək niyyətindədir
Samer Elesavi: "Azərbaycan regional halal iqtisadiyyatının əsas oyunçusuna çevrilə bilər"
Orxan Məmmədov: "Azərbaycan regional və qlobal halal bazarlar arasında əlaqələndirici həlqəyə çevrilmək niyyətindədir"
Amin Əl-saadi: "Halal sənaye qida və maliyyə sektorundan kənara çıxır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
