Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb
sizinxeber.az xəbər saytı

Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb


Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper Baş nazir Kir Starmeri şəxsi söhbətdə istefaya getməyə çağırıb.

Bu barədə "Sky News" məlumat yayıb.

Məlumata görə, hökumətin ən nüfuzlu üzvlərindən biri hesab olunan Kuper ötən həftəsonu bu mövqeyini Starmerə çatdırıb.

Hazırda Kir Starmer ailəsi ilə birlikdə baş nazirin Çekers iqamətgahında qalır.

Böyük Britaniyanın biznes və ticarət naziri Piter Kayl isə bildirib ki, cümə günündən bəri Starmerlə danışmayıb, lakin bundan əvvəl hökumətin üzləşdiyi ciddi problemlərlə bağlı açıq müzakirə aparıblar.

Oxşar xəbərlər

Starmer NATO sammitinə qədər Britaniyanın müdafiə xərcləri planını açıqlayacaq
İvett Kuper: Britaniya Livanın atəşkəs sazişinə daxil edilməsini istəyir
Böyük Britaniyanın Baş naziri Meloni ilə görüşüb
Kir Starmer Rusiyanı tammiqyaslı atəşkəsə çağırıb
Rubio Britaniyalı həmkarı ilə İran və Hörmüz boğazı ilə bağlı məsələləri müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər