Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
sizinxeber.az xəbər saytı

Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub


Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Romada italiyalı həmkarı Alessandro Ciuli ilə görüşüb.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, söhbət zamanı Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə mədəni irsin qorunması, muzey işi, yaradıcı sənayelər, kinematoqrafiya, musiqi və ifaçılıq sənəti sahələrində birgə layihələrin həyata keçirilməsi, həmçinin mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Adil Kərimli Azərbaycanın mədəniyyət siyasətinin prioritetləri, mədəni diplomatiyanın gücləndirilməsi və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə həmkarına məlumat verib.

Tərəflər qarşılıqlı mədəniyyət günlərinin, sərgi və konsert proqramlarının təşkili, peşəkar mübadilə layihələrinin həyata keçirilməsi və mədəniyyət sahəsində institusional əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, nazirlər mədəni əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsində və birgə təşəbbüslərin həyata keçirilməsində qarşılıqlı maraqlarını bir daha təsdiqləyiblər.

Görüşdə mədəniyyət sahəsində layihələrin icrası ilə bağlı tədbirlər planı da müzakirə olunub.

Oxşar xəbərlər

Romada Azərbaycan-İtaliya mədəni əməkdaşlığı müzakirə olunub - FOTO
Parisdə Azərbaycan-YUNESKO əməkdaşlığının perspektivləri müzakirə olunub - YENİLƏNİB
Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər