XİN 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb
“20 iyun - Ümumdünya Qaçqınlar Günündə, dünyanın hər yerində böyük çətinliklər, qeyri-müəyyənlik, evlərinin və dolanışıqlarının itirilməsi ilə üzləşən milyonlarla qaçqın və məcburi köçkünlə həmrəyliyimizi bildiririk”.
Sizinxeber.az xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında yayılan bəyanatda öz əksini tapır.
Bəyanatda bildirilir ki, məcburi köçkünlük məsələsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan ərazilərinin təcavüzü və işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşərək onilliklər boyu köçkünlük və məhrumiyyətlərə məruz qalıb. Bu şəxslərin hüquqları ciddi şəkildə pozulub, evləri, icmaları və mədəni irsləri məhv edilib.
Bəyanatda daha sonra deyilir:
“Bu gün, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra ölkə əvvəllər işğal olunmuş ərazilərdə misli görünməmiş yenidənqurma və reabilitasiya proqramı həyata keçirir. Böyük Qayıdış Proqramı vasitəsilə keçmiş məcburi köçkünlər tədricən öz doğma torpaqlarına təhlükəsiz, ləyaqətlə və əmin-amanlıqla qayıdır, illərdir davam edən köçkünlükdən sonra həyatlarını və icmalarını yenidən qururlar.
Azərbaycan məcburi köçkünlüyün kök səbəblərinin aradan qaldırılmasına, qaçqınlar və məcburi köçkünlər üçün davamlı həll yollarının təşviq edilməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsinə yönəlmiş beynəlxalq səyləri dəstəkləməyə sadiqdir.
Bu Ümumdünya Qaçqınlar Günündə biz dünya üzrə qaçqınların və məcburi köçkünlərin dözümlülüyünü və cəsarətini ehtiramla yad edir və zorla köçürülmüş bütün insanların bir gün evlərinə qayıdıb sülh, ləyaqət və rifah içində yaşaya bilmələrini təmin etmək öhdəliyimizi bir daha təsdiqləyirik”.
Oxşar xəbərlər
Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Günü münasibətilə bəyanat yayıb
Azərbaycan XİN Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb
Ağalı kəndindən VİDEOÇARX
XİN: Azərbaycan qaçqınların hüquq, təhlükəsizlik və ləyaqətinin qorunması istiqamətində göstərilən bütün səylərə sadiqdir
XİN: İşğal nəticəsində bir milyondan çox azərbaycanlı onilliklər boyu qaçqın və məcburi köçkünə çevrilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki sərnişin qatarı toqquşub, maşinist ölüb, 89 nəfər yaralanıb
