İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4100-ü keçib
Livanın Səhiyyə Nazirliyi 2 martdan 21 iyunadək olan dövrdə hərbi eskalasiya zamanı dinc əhali arasında qurbanlar barədə yekun statistikanı açıqlayıb.
"Sizinxeber.az" xəbər verir ki, müvafiq məlumat "X" sosial şəbəkəsində yerləşdirilib.
"Hərbi eskalasiya başlayandan bəri öldürülən livanlıların ümumi sayı 4 106-ya, yaralıların sayı isə 12 153-ə çatıb", - Səhiyyə Nazirliyinin rəsmi məlumatında bildirilib.
Açıqlanan məlumatlara əsasən, İsrail Hərbi Hava Qüvvələrinin ötən sutka ərzində ölkənin cənubundakı Nəbatiyyə əyalətində Livanın radikal "Hizbullah" qruplaşmasının obyektlərinə endirdiyi zərbələr 49 nəfərin ölümünə səbəb olub, daha 32 nəfər isə yaralanıb.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, bazar günü İsrail aviasiyası aviazərbələri radikalların müdafiə mövqeləri tutduğu Əli-Tahər yüksəkliklərində cəmləşdirib. Bundan əlavə, Kfar-Tibnit yaşayış məntəqəsinə və Nəbatiyyə-əl-Fauqa ətrafına pilotsuz uçuş aparatlarının hücumları barədə məlumatlar daxil olub, nəticədə xəsarət alanlar var, onların dəqiq sayı müəyyənləşdirilməkdə davam edir.
Oxşar xəbərlər
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4 mini keçib
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb
İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 10-a çatıb
Livan Səhiyyə Nazirliyi: İsrailin zərbələri nəticəsində ölənlərin sayı 2 800-ə yaxınlaşır
İsrailin Livana zərbələri nəticəsində son sutka ərzində 13 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
