Zelenski: Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyaya qarşı uzaqmənzilli zərbələri artıracağını açıqlayıb.
O, bu barədə "TSN" telekanalına müsahibəsində danışıb.
Zelenskinin sözlərinə görə, Rusiyanın hər gün Ukraynaya endirdiyi hücumlara cavab olaraq Kiyev də hər gün cavab tədbirlərini gücləndirəcək.
“Qəzəb və emosiyalar tamamilə başadüşüləndir. Həm xalqımızın, həm də mənim. Amma qəzəbdən sonra konkret addımlar gəlməlidir. Onlar bunu hiss etməlidirlər”, - deyə Ukrayna Prezidenti bildirib.
Zelenski qeyd edib ki, Rusiya cəmiyyəti hələ də Kremlin başlatdığı müharibənin nəticələrini tam şəkildə hiss etmir. Onun sözlərinə görə, Ukrayna artıq Rusiyanın hərbi infrastrukturunu dəstəkləyən obyektlərə zərbələri artırmağa başlayıb.
“Biz elə bir mərhələdəyik ki, müdafiə sənayemiz, Silahlı Qüvvələrimiz və istehsal imkanlarımız müharibəni geri qaytarmaq prosesinə başlayıb. Bu davam edəcək. Onlar hər gün bizi vururlar, biz də hər gün cavab verəcəyik. Şübhəsiz ki, bu cavablar hər gün daha da güclənəcək”, - deyə o vurğulayıb.
Prezident əlavə edib ki, Ukrayna artıq 3000 kilometrdən çox məsafəyə uça bilən yeni pilotsuz uçuş aparatları hazırlayıb.
“Bunlar yeni və effektiv dronlardır. Biz daha da irəli gedəcəyik. Çünki onların bütün hərbi obyektlərinin, zavodlarının, neft bazalarının və qaz anbarlarının harada yerləşdiyini bilirik. Daha uzaq məsafələri vurmaq imkanına malik olmalıyıq və bunu həyata keçiririk”, - deyə Zelenski bildirib.
Oxşar xəbərlər
Zelenski: Rusiyaya qarşı "uzaqmənzilli sanksiyalar" gücləndiriləcək
Zelenski Lukaşenkoya bir həftə vaxt verib
Zelenski: “Ukrayna dronları Rusiyada neft obyekti və "Azot" zavodunu vurub”
Zelenski: Rusiyanın bir sıra mühüm obyektlərinə zərbələr endirilib
Zelenski: Ukrayna üçün təhlükəsizlik təminatları 7-10 gün ərzində hazırlanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
