CNN: İrana qarşı əməliyyat ABŞ-yə təqribən 40 milyard dollara başa gəlib
sizinxeber.az xəbər saytı

CNN: İrana qarşı əməliyyat ABŞ-yə təqribən 40 milyard dollara başa gəlib


ABŞ Müharibə Nazirliyi İrana qarşı hərbi əməliyyatların aparılmasına təqribən 40 milyard dollar xərcləyib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə CNN telekanalı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (SBTM) hələ dərc olunmamış araşdırmasına istinadən məlumat yayıb.

SBTM-in baş məsləhətçisi Mark Kansianın məlumatına görə, qeyd olunan xərclər istifadə olunmuş döyüş sursatlarının, sıradan çıxarılmış avadanlıqların və Amerika hərbi obyektlərinə dəymiş ziyanın dəyərini əhatə edir. Bununla belə, bu məbləğə qurumun 2026-cı maliyyə ili üçün büdcəsində artıq nəzərdə tutulmuş əməliyyat xərcləri daxil edilməyib.

SBTM-in məlumatları göstərir ki, Pentaqon maliyyə xərclərinin əsas yükünü öz üzərinə götürməsinə baxmayaraq, münaqişə digər dövlət qurumlarından, xüsusən də Daxili Təhlükəsizlik Nazirliyi və Veteranlarla İş Nazirliyindən əlavə olaraq 1 milyard dollar məbləğində xərc tələb edib.

May ayında müdafiə qurumu senatın Silahlı Qüvvələr Komitəsinə hesabat təqdim edib və bu hesabata əsasən, döyüş əməliyyatlarının aparılması üçün ümumi xərclər 29 milyard dollara çatıb. Bu məbləğə zəruri təmir işləri, hərbi texnikanın bərpası və əvəz edilməsi xərcləri, eləcə də ümumi əməliyyat xərcləri daxil edilib.

Xatırladaq ki, İran və ABŞ iyunun 18-ə keçən gecə 28 fevralda başlayan hərbi münaqişəyə son qoymağı hədəfləyən anlaşma memorandumu imzalayıb.

Tərəflər danışıqlar üçün İsveçrənin Bürgenstok şəhərində görüşüblər, lakin ABŞ Prezidenti Donald Trampın İrana zərbələr endirmək barədə təhdidlərinə etiraz əlaməti olaraq İran nümayəndə heyəti qısa müddət sonra məkanı tərk edib. Daha sonra "Al Hadath" telekanalı bildirib ki, tərəflər arasında müzakirələr vasitəçilər yolu ilə davam edib.

"Axios" portalı isə bütün tərəflərin danışıqların gedişatından razı qaldığına dair məlumat yayıb.

Oxşar xəbərlər

ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 113 milyard dolları ötüb
Pentaqon bu il hərbi kəşfiyyata 29,8 milyard dollar xərcləyib
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib
"Iran War Cost Tracker": ABŞ bu müharibəyə 27 milyard dollardan çox xərcləyib
Pentaqon: ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarda xərcləri 25 milyard dollara yaxınlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər