Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
sizinxeber.az xəbər saytı

Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt


İsveçrədə ABŞ nümayəndələri ilə keçirilən danışıqlarda iştirak edən İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Tramp təhdid xarakterli bəyanatlarına görə üzr istəməyincə rəsmi görüşləri bərpa etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, İran nümayəndə heyətinin rəhbəri ABŞ tərəfini bəyanatlarında daha ehtiyatlı olmağa çağırıb. Kanalın iddiasına əsasən, İran tərəfi Trampın üzr istəməsini danışıqların davamı üçün şərt kimi irəli sürüb.

Bundan başqa, İran nümayəndələri Livanda hərbi əməliyyatların dayandırılması ilə yanaşı, İsrail qoşunlarının ölkənin cənubundan çıxarılmasını da tələb edirlər.

Qeyd edək ki, bundan öncə tərəflər arasında Trampın təhdidlərindən dolayı danışıqların dayandırıldığı, lakin oteldə qeyri-rəsmi şəkildə davam etdirildiyi bildirilirdi.

Oxşar xəbərlər

"Al Mayadeen": Tramp təhdidlərə görə üzr istəməyənə qədər İran ABŞ ilə danışıqlara davam etməyəcək
İranlılar geri qayıtdı, danışıqlar davam edir...
"Al Hadath": İran ABŞ ilə danışıqları vasitəçilərlə davam etdirir
İrandan Trampa cavab: Ordumuz hazır vəziyyətdədir!
İran ABŞ ilə danışıqların növbəti raunduna hələ razılıq verməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər