"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
ABŞ-nin "Axios" portalının müxbiri Barak Ravid mənbəyə istinadən İsveçrənin Bürgenstok şəhərində ABŞ və İran arasında keçirilmiş danışıqların detallarını açıqlayıb.
"Report" jurnalistə istinadən xəbər verir ki, danışıqların mövzuları arasında Livanda atəşkəs rejiminə əməl olunmasının təmin edilməsi və Hörmüz boğazında gəmiçilik məsələsi də olub.
"Amerikalı diplomat bildirib ki, gün ərzində diqqət mərkəzində olan mövzulardan biri "Livanda münaqişənin nizamlanması mexanizmi və atəşkəsə əməl olunmasının təmin edilməsi" olub... ABŞ, İran və vasitəçilər həmçinin Hörmüz boğazını və onun bağlanması ilə bağlı son İran bəyanatlarını da müzakirə ediblər", - jurnalist bildirib.
"Biz bu istiqamətdə yaxşı irəliləyiş əldə etdik", - Ravid diplomatın sözlərini sitat gətirib.
Digər məsələlərlə yanaşı, Vaşinqton və Tehran arasındakı "nüvə sazişinin bütün elementləri" də müzakirə edilib.
"Görünür, hər dörd tərəf (görüşdə Pakistan və Qətər nümayəndələri iştirak edirdilər - red.) bugünkü danışıqların necə keçdiyindən razıdır", - jurnalist amerikalı diplomatdan sitat gətirib.
O əlavə edib ki, siyasi səviyyədə danışıqlar bazar ertəsi başa çatacaq, texniki qrupların isə İsveçrədə qalacağı və müzakirələri davam etdirəcəyi gözlənilir.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb. "Tasnim" agentliyinin məlumatına görə, bundan sonra İran heyəti danışıqlar məkanını tərk edib.
Oxşar xəbərlər
İran rəsmiləri İsveçrədə iki raund danışıqlar aparacaq, danışıqların ilk mövzusu bəllidir
İran rəsmiləri İsveçrədə iki raund danışıqlar aparacaq, danışıqların ilkin mövzusu bəllidir
"Axios": Vens və Netanyahu İranla danışıqların şərtlərini müzakirə ediblər
Barak Ravid: İran-ABŞ razılaşmasını Xameneinin təsdiqləməsi gözlənilir
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
