Rudi Qarsiya: "Hücum xəttində kifayət qədər səmərəli ola bilmədik"
sizinxeber.az xəbər saytı

Rudi Qarsiya: "Hücum xəttində kifayət qədər səmərəli ola bilmədik"


Belçika millisi İranla matçda hücum xəttində səmərəli ola bilməyib.

"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Rudi Qarsiya İran yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis heç-heçə başa çatan görüşü dəyərləndirib:

"Hücum xəttində kifayət qədər səmərəli ola bilmədik. Mən gözləyirdim ki, topa təxminən 70 faiz sahib olaq və rəqib qapısına çox sayda zərbələr vuraq. Düzdür, qapıya zərbələrimiz oldu, amma rəqib qolkiperi kifayət qədər çətin vəziyyətə sala bilmədik. 10 nəfərlə oynamağımız da, əlbəttə ki, işimizi daha da çətinləşdirdi.

Bundan əvvəl də belə oyunlarımız olub və adətən, ən azı üç qol vurmağı bacarmışıq".

Qeyd edək ki, Belçika - İran oyunu 0:0 hesabı ilə başa çatıb.

Oxşar xəbərlər

Belçika millisinin baş məşqçisi Rudi Qarsiya: "Misir kimi komandalara boşluq vermək olmaz"
"Səbail"in baş məşqçisi: "Hücum xəttində "dişsizliyimiz" nəzərə çarpır"
Azərbaycan millisinin baş məşqçisi: Təəssüf ki, hücumları qolla yekunlaşdıra bilmədik
Darren Beyzli: Üstün olduğumuz oyunu qazana bilmədiyimiz üçün məyusəm
Portuqaliya millisinin baş məşqçisi: "Konqo ilə matçda hücumdakı kəskinliyimizi itirdik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər