Kreml: Tramp və Putin arasında telefon danışığı baş tutub  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Kreml: Tramp və Putin arasında telefon danışığı baş tutub - YENİLƏNİB


Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefonda danışıb.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, söhbət təxminən bir saat yarım davam edib:

"Putin və Tramp Yaxın Şərq nizamlanması və Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətləri müzakirə ediblər. Putin Trampı Moskvaya dəvət edib".

Peskov bildirib ki, Putin və Tramp telefon danışığında şəxsi görüşün təşkili barədə razılığa gəliblər.

"Putin Trampla razılaşıb ki, Ukraynada uzunmüddətli nizamlanmaya danışıqlar yolu ilə nail olmaq olar".

Peskov bildirib ki, Putin və Tramp Rusiya və ABŞ vətəndaşlarının mübadiləsini müzakirə ediblər, Vaşinqton əldə olunan razılaşmaların yerinə yetirilməsinə zəmanət verib.

Putin Trampın birgə işləməyin vaxtının gəlib çatdığı tezisini dəstəkləyib.

"Putin Trampa Amerika rəsmilərini Rusiya Federasiyasında, o cümlədən Ukrayna mövzusu ilə bağlı qəbul etməyə hazır olduğunu bildirib", - Kremlin sözçüsü vurğulayıb.



***
21:02

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

“Prezident Donald Tramp çərşənbə günü səhər Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb”, - məlumatda deyilir.

Oxşar xəbərlər

Peskov: Putin Trampı Rusiyaya dəvət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Putin və Tramp arasında danışıqlara predmetli hazırlıq getmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Putin Trampla heç bir şərt olmadan görüşməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Putin Trampla təmaslara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Washington Post": Tramp Putinlə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər