Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib.
Bu barədə "Sizinxeber.az"a Milli Paralimpiya Komitəsindən (MPK) bildirilib.
Çempionatda 30-a yaxın yeniyetmə və gənc paraüzgüçü 9 müxtəlif kateqoriya üzrə mübarizə aparıblar.
Tədbirdə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Milli Paralimpiya Komitəsinin rəhbərliyi, tərəfdaş qurumların nümayəndələri və idman ictimaiyyətinin üzvləri iştirak ediblər.
Ölkəmizdə ilk dəfə təşkil olunan çempionatın keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin idmana cəlb olunmasını təşviq etmək, onların idman bacarıqlarının inkişafına dəstək vermək, eləcə də gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək perspektivli paraüzgüçülərin müəyyənləşdirilməsi və paraüzgüçülük üzrə ehtiyat qüvvənin formalaşdırılmasına töhfə vermək olub.
MPK-nın təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Paralimpiya İdman Kompleksində baş tutan birinciliyin sonunda qaliblərə medal, sertifikat və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, bu yarış ölkədə paraüzgüçülük növünün inkişafı, idmançıların yarış təcrübəsinin artırılması və milli komanda üçün namizədlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçiriləcək
Milli Paralimpiya Komitəsi və Badminton Federasiyası "Parabadminton Günü" təşkil edəcək
Bakıda "Parabadminton Günü" keçirilib
Azərbaycan idmançıları Avropa Gənclər Paralimpiya Oyunlarını 13 medalla başa vurublar
MPK rəsmisi: "Komandamızın Avropa Gənclər Paralimpiya Oyunlarında çıxışını uğurlu hesab edirik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Ümid Mamadaminov: "Xəzərdən keçən enerji dəhlizinin TİƏ-nin birinci mərhələsi gələn il başa çatacaq" - EKSKLÜZİV
-
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxunub
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
