Luis de la Fuente: "Qazandığımız qələbə qarşıdakı matçlara inamla hazırlaşmağa imkan verir"
Futbol üzrə İspaniya yığmasının Səudiyyə Ərəbistanı üzərində qələbəsi növbəti matçlara daha inamla hazırlaşmağa imkan verir.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Luis de la Fuente Səudiyyə Ərəbistanı millisinə qarşı keçirdikləri DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qələbə qazandıqları görüşü şərh edib:
"Hər iki hissədə yaxşı oyun nümayiş etdirdik. Ən önəmlisi odur ki, bu qələbə bizə yüksələn formamızı qorumağa və qarşıdakı vacib matçlara daha inamla hazırlaşmağa imkan verir. Uruqvayla oyun çətin və çox gərgin keçəcək. Oyundan əvvəl futbolçularla bu məsələləri müzakirə etmişdik və hamımız razılaşmışdıq ki, hücumlarımız intensiv olmalıdır. Bunu zərbələrimizdə də görmək mümkün idi - elə ilk dəqiqələrdən rəqibə nəfəs almağa imkan vermir, onları öz cərimə meydançalarına sıxışdırırdıq. Bu yanaşmadan çox məmnunuq, amma inkişaf etməyə və özümüzü daha da təkmilləşdirməyə davam etməliyik".
Qeyd edək ki, İspaniya - Səudiyyə Ərəbistanı oyunu 4:0 hesabı ilə başa çatıb.
Oxşar xəbərlər
"Omoniya"nın baş məşqçisi: İlk 30 dəqiqədən sonra rəqibə nəfəs almağa imkan vermədik
"Kəpəz"in baş məşqçisi: "İmişli" ilk dəqiqələrdən yaxşı müdafiə olundu"
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Bu gün əsl xarakter nümayiş etdirdik və layiqli qələbə qazandıq"
Uruqvay millisinin baş məşqçisi: "Səudiyyə Ərəbistanı məğlub etməli olduğumuz komanda idi"
Yorqos Donis: "İspaniyanı dayandıracaq qədər güclü deyildik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
