Ermənistanda MSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.
"Report"un Ermənistan mediasına istinadən verdiyi məlumata görə, hakim "Vətəndaş müqaviləsi" Partiyası 49,7456 % səslə liderlik edir.
Siyahıda "Güclü Ermənistan" 23,2710 % səslə ikinci, "Ermənistan Alyansı" isə 9,9231 %-lə üçüncü yerdə qərarlaşıb. "Çiçəklənən Ermənistan" Partiyası səslərin 3,9893 %-ni toplayıb, 4 %-lik həddi keçə bilməyib və parlamentdə təmsil olunmayacaq. Seçkilərdə iştirak 1 476 769 nəfər və ya 58,9 % təşkil edib.
Beləliklə, Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" Partiyası hökuməti təkbaşına formalaşdıracaq.
Nəticələrin açıqlanması fonunda əsas müxalifət qüvvələri Mərkəzi Seçki Komissiyasının binasının qarşısında etiraz aksiyası keçiriblər. "Çiçəklənən Ermənistan" partiyasının tərəfdarları iclas başlamazdan əvvəl komissiyanın qarşısında toplaşaraq səsvermə nəticələrinə yenidən baxılmasını tələb ediblər.
Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" və iş adamı Samvel Karapetyana bağlı "Güclü Ermənistan" müxalifət blokları da tərəfdarlarını etiraz aksiyasına qoşulmağa çağırıblar. Hər iki siyasi qüvvə daha əvvəl çoxsaylı səsvermə pozuntularını əsas gətirərək, seçkilərin nəticələrinin etibarsız sayılması üçün Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətində olduqlarını açıqlayıblar.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-i sayılmasına əsasən "Vətəndaş müqaviləsi" Partiyası səslərin 49,83 %-ni toplayıb.
Oxşar xəbərlər
Ermənistanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini açıqlayıb
Ermənistan MSK daha bir məntəqədə səsvermənin nəticələrini etibarsız hesab edib
Ermənistanda parlament seçkilərinin yekun nəticələri iyunun 14-də açıqlanacaq
Ermənistan MSK parlament seçkilərindən sonra 637 məntəqədə səsləri yenidən sayıb
Ermənistan MSK: Paşinyanın partiyası 51,03% faiz səslə liderdir - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Şotlandiya millisinin baş məşqçisi Klark: "Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq"
-
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
-
DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
