Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır
sizinxeber.az xəbər saytı

Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır


Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının Prefekti Kardinal Con Ceykob Kuvakad və onu müşayiət edən Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının İslam Bürosunun rəhbəri Ata Laurent Basanese sabahdan Azərbaycanda bir həftəlik səfərdə olacaqlar.

Bu barədə "Report"un Türkiyə bürosuna Müqəddəs Taxt-Tacın (Vatikanın) Azərbaycanda, Türkiyədə və Türkmənistandakı səfiri, apostol nunsi arxiyepiskop Marek Solçinski bildirib.

Azərbaycanla Vatikan arasındakı münasibətlərin dünyaya nümunə olduğunu deyən səfir M.Solçinski qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin dəvəti ilə sabah baş tutan səfərin də yeni əməkdaşlıq imkanları yaradacağına inanır:

"Azərbaycan Vatikanın bir çox incəsənət əsərlərinin və tarixi binalarının bərpasına yardım edir. Əlaqələrimiz çox yaxşı səviyyədədir. Buna görə də biz tez-tez görüşür, birgə layihələr həyata keçiririk. Yeni planlarımız, layihələrimiz də mövcuddur. Münasibətlərimiz dinamikdir və şəraitdən, yaranan imkanlardan asılı olaraq inkişaf edir".

Qeyd edək ki, Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının Prefekti Kardinalı və Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının İslam Bürosunun rəhbərinin Azərbaycana səfəri iyunun 19-a qədər davam edəcək. Qonaqları Azərbaycanın Vatikandakı səfiri İlqar Muxtarov müşayiət edəcək.

Səfər çərçivəsində onların Bakıdakı Katolik Kilsəsini, Qəbələ və Şəkidə Alban məbədlərini, İçəriçəhərdəki "Tolerantlıq evi"ni, Bakıdakı Heydər Məscidini ziyarət edəcəkləri, ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları ilə görüşləri nəzərdə tutulub.

Oxşar xəbərlər

Vatikanın dövlətlərlə əlaqələr üzrə katibi Bakıya səfərə gəlib
Azərbaycanın Dövlət Komitəsi ilə Vatikan arasında Memorandum imzalanıb
Kardinal Dzuppi Vatikanın Ukraynaya humanitar missiyasını davam etdirəcək
Azərbaycanla Vatikanın dövlət qurumları dinlərarası dialoq sahəsində memorandum imzalayıb
Ramin Məmmədov Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası ilə memorandum imzalayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər