Ermənistan MSK parlament seçkilərindən sonra 637 məntəqədə səsləri yenidən sayıb
sizinxeber.az xəbər saytı

Ermənistan MSK parlament seçkilərindən sonra 637 məntəqədə səsləri yenidən sayıb


Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) 7 iyun parlament seçkilərindən sonra 637 seçki məntəqəsində səsvermənin nəticələrinin yenidən hesablanması barədə məlumat yayıb.

"Sizinxeber.az" xəbər verir ki, müvafiq məlumatlar MSK tərəfindən dərc edilib.

Yenidən hesablamaya görə, hakim "Vətəndaş müqaviləsi" Partiyasına verilən səslərin sayı 1 148 artaraq 727 820 olub. "Güclü Ermənistan" blokunun nəticəsi 508 səs artaraq 340 088-ə, "Ermənistan" blokunun nəticəsi isə 217 səs artaraq 145 113-ə çatıb.

İlkin nəticələrə görə 4 %-lik keçid baryerini aşmayan "Çiçəklənən Ermənistan" Partiyası əlavə 147 səs toplayaraq nəticəni 58 378-ə çatdırıb. MSK-dan bildirilib ki, qeyri-dəqiqliklərin ümumi sayı 230 artaraq 1 509, etibarsız bülletenlərin sayı isə 859 azalaraq 16 238-ə çatıb.

Səslərin yenidən hesablanması siyasi partiyaların bəyanatları əsasında aparılıb. Mərkəzi Seçki Komissiyası seçkinin yekun nəticələrini 14 iyunda elan etməyi planlaşdırır.

Oxşar xəbərlər

Ermənistan MSK müxalifətdən 555 məntəqədə səslərin yenidən sayılmasına dair müraciətlər alıb
Ermənistan MSK daha bir məntəqədə səsvermənin nəticələrini etibarsız hesab edib
Gürcüstan MSK bəzi məntəqələrdə parlament seçkilərinin nəticələrini yenidən yoxlayacaq
Ermənistanda seçkilərin rəsmi nəticəsi
Ermənistanda parlament seçkilərinin yekun nəticələri iyunun 14-də açıqlanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər