4SİM: Sertifikat almış vətəndaşların maliyyələşdirilməsi üçün yeni proqram hazırlanır
Aparıcı beynəlxalq təşkilatlardan xüsusi sertifikatlar əldə edən Azərbaycan vətəndaşlarının maliyyələşdirilməsi üçün yeni proqram hazırlanır.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda bildirib.
"Hökumət özəl sektorun dəstəyi ilə bu sertifikatların əldə olunmasını və nəticələrin maliyyələşdirilməsini planlaşdırır. Vətəndaşlar əldə etdikləri sertifikatları təqdim edirlər və bunun əsasında dəstək alırlar. Eyni zamanda, dövlət tərəfindən prioritet hesab edilən sahələr üzrə sertifikatların siyahısı əvvəlcədən müəyyən ediləcək", - deyə o qeyd edib.
Bundan başqa, F.Cəfərov deyib ki, Azərbaycan hiper-miqyaslı data mərkəzlərini cəlb etmək üçün xüsusi mexanizmlər hazırlayır: "Hazırda ölkəyə beynəlxalq data mərkəzi provayderlərinin cəlb olunması istiqamətində xüsusi mexanizmlər üzərində iş aparılır. Bu baxımdan, Ələt Azad İqtisadi Zonası həmin şirkətlərin yerləşdirilməsi üçün dünyada ən cəlbedici yurisdiksiyalardan biri kimi çıxış edir. Burada onlara uzunmüddətli güzəştlərdən yararlanmaq və sabit enerji təchizatına çıxış imkanı təqdim olunur. Eyni zamanda, ölkə olaraq məqsədimiz yalnız bu data mərkəzlərinin xidmətlərindən istifadə edən tərəf olmaq deyil, həm də onların yaratdığı imkanlar vasitəsilə Mərkəzi Asiya və qonşu regionlara xidmət göstərən mərkəzə çevrilməkdir".
"Ümumilikdə, "Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası" çərçivəsində startapların, vençur maliyyələşməsinin və investisiya axınlarının dəstəklənməsi prioritet istiqamətlərdəndir. Bu strategiya çərçivəsində 50-dən çox təşəbbüs nəzərdə tutulub. Onların hamısını sadalamaq zaman baxımından mümkün olmasa da, xüsusilə səkkiz flaqman layihə bu çərçivənin əsasını təşkil edir", - deyə o qeyd edib.
Oxşar xəbərlər
4SİM: Kriptovalyuta biznesindən gəlir əldə edənlər üçün yeni vergi qaydaları hazırlanır
4SİM-in icraçı direktoru: "Azərbaycanda rəqəmsal transformasiya əmək məhsuldarlığını 30 %-dək artıracaq"
4SİM gələn il 200 min nəfərin təhsilinə dəstək verməyi planlaşdırır
Fariz Cəfərov: Azərbaycanda bu il sənaye sahəsində 4.0 Mərkəzi yaradılacaq
4SIM “Binance”la Anlaşma Memorandumu imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
-
“AzerGold”da Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
-
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
-
Sabah Bakının Nəsimi rayonunun bəzi hissəsində qaz olmayacaq
