Özbəkistan TDT üzv ölkələrinin rəqabət orqanları üçün vahid metodologiyanın hazırlanmasını təklif edib
sizinxeber.az xəbər saytı

Özbəkistan TDT üzv ölkələrinin rəqabət orqanları üçün vahid metodologiyanın hazırlanmasını təklif edib


Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin rəqabət qurumları üçün ortaq metodoloji yanaşmaların işlənib hazırlanması böyük əhəmiyyət kəsb edir.

"Sizinxeber.az"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistanın Rəqabətin İnkişafı və İstehlakçı Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Xalilillo Turaxujayev "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu" çərçivəsində təşkil olunan "TDT-nin hərəkətverici qüvvələrindən biri kimi rəqabət siyasətinin formalaşdırılması: regional əməkdaşlıq" mövzusundakı panel müzakirələrdə bildirib.

X.Turaxujayev qeyd edib ki, rəqabət strukturları arasında daimi əməkdaşlıq platformalarının təsis edilməsi, bazarların monitorinqi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də ümumi metodoloji çərçivələrin yaradılması xüsusi aktuallıq daşıyır.

"Dünya miqyasında gedən iqtisadi proseslər, logistika zəncirlərində baş verən transformasiyalar, enerji bazarlarındakı struktur dəyişiklikləri və investisiya axınları rəqabət siyasətinə yeni baxış bucaqları tələb edir. Bu kontekstdə rəqabət orqanlarının fəaliyyətində vahid prinsiplərin mənimsənilməsi həm bazar subyektləri, həm də istehlakçılar üçün daha açıq və effektiv mühitin yaranmasına dəstək ola bilər. Rəqabət sahəsində regional tərəfdaşlığın gücləndirilməsi kartel razılaşmalarına qarşı mübarizənin intensivləşdirilməsinə, bazar nəzarətinin daha da təkmilləşdirilməsinə və iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə xidmət edəcək".

Oxşar xəbərlər

Elnur Bağırov: "Rəqabət siyasəti regional iqtisadi inteqrasiyanın əsas dəstək mexanizmlərindən biri olmalıdır"
Elnur Bağırov: "Türk dövlətləri rəqabət siyasətində koordinasiyanı gücləndirməlidir"
TDT çərçivəsində rəqabət pozuntularına dair vahid bazanın yaradılması təklif olunub
Elnur Bağırov: "Transmilli korporasiyaların güclənməsi rəqabət siyasətini yenidən formalaşdırır"
Bolat Sambetov: "TDT çərçivəsində regional ticarət dövriyyəsi 40 milyard dollara yüksəlib"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər