DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
sizinxeber.az xəbər saytı

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib


Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə "Report"a DSX-dən məlumat verilib.

Mərasimlərdə hərbi rituala uyğun olaraq Döyüş Bayrağı sıra meydanına gətirilib.

Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər gənc əsgərlərə nümunəvi hərbi qulluqçu kimi dövlətə, xalqa və Prezident İlham Əliyevə sadiq, cəsur, nizam-intizamlı olmağı, vətən sərhədlərini göz bəbəyi kimi qorumağı, qarşıya qoyulmuş tapşırıqları şərəflə yerinə yetirməyi arzulayıb, sərhədçi peşəsini dərindən mənimsəməyərək nümunəvi xidmət etməyi tövsiyə ediblər.

Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra DSX rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.

Mərasim zamanı valideynlərlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Oxşar xəbərlər

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO - VİDEO
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
FHN-in hərbi hissəsində andiçmə mərasimi keçirilib
Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirilib
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər